AZ

La Liqada noyabr ayının ən yaxşı məşqçisi bəlli olub

İspaniya La Liqasında noyabrın nəticələrinə əsasən ən yaxşı məşqçi bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, mükafatı "Jirona" komandasının sükançısı Mişel qazanıb. Bu barədə La Liqanın saytı məlumat yayıb.

Son bir ayda "Jirona" İspaniya çempionatında üç oyun keçirib.

Onların hər birində komanda qalib gəlib - "Leqanes" (4:3), "Xetafe" (1:0) və "Espanyol" (4:1) məğlub olub. Hazırda "Jirona" İspaniya çempionatının turnir cədvəlində yeddinci yerdədir. Əlavə edək ki, “Jirona” növbəti oyununu çərşənbə günü, noyabrın 27-də Çempionlar Liqasında səfərdə “Şturm”a qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Seçilən
30
90deqiqe.az

1Mənbələr