AZ

Niyə təyyarədə telefonlar “Uçak modu”na qoyulur? - Pilot izah etdi

Yəqin ki, çoxunuz telefonunuzda “Uçuş modu” adlanan funksiyadan xəbərdarsınız. Əksər vaxtlarda bu funksiyadan telefondan uzaqlaşmaq üçün istifadə edirik. Amma əsas məğz isə bu funksiya təyyarəyə minəndə istifadə edilir. 

Maraqlıdır, niyə təyyarədə telefon istifadəsinə icazə verilmir? 

Bu barədə Hit.az-ın əməkdaşının sualına pilot Samir Hacıyev cavablandırıb. 

Onun sözlərinə görə, buna səbəb təyyarənin rabitəni itirməməsi ilə bağlıdır:

“Uzun illər əvvəl Federal Aviasiya Adminstrasiyası mobil telefon kimi elektromaqnit dalğaları yayan cihazların təyyarədə istifadəsini qadağan etdi. Bunun səbəbi elektromaqnit dalğalarının təyyarənin naviqasiya və rabitə cihazlarına təsir etməsidir. Bu da dumanlı hava şəraitində naviqasiya cihazlarını əsas götürərək gedən təyyarə üçün ciddi təhlükə yarada bilər. 

Amma 2013-cü ildən bu qayda bir az yumuşaldıldı və təyyarə havaya qalxdıqdan və müəyyən hündürlüyə çatdıqdan sonra cihazların təyyarə rejiminə keçirilib, istifadə edilməsinə icazə verildi. Təyyarə rejimi siqnal yayan bulutuz və mobil data kimi özəllikləri deaktiv edir. Bəlkə də düşünəcəksiniz ki, bir telefon dalğası problem yaratmaz. Amma təyyarədə olan hər kəs mobil telefon dalğasından istifadə edərsə ciddi təhlükə yarada bilər”.

Murad

Seçilən
30
hit.az

1Mənbələr