AZ

“Qarabağ”ın Bakıya gətirəcəyi məşhur komanda işini ehtiyatlı tutdu – Plan məlumdur

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Lion”un Bakı planına aydınlıq gəlib.

Sözügedən turnirin Liqa mərhələsinin V turu çərçivəsində təmsilçimizlə üz-üzə gələcək Fransa nəhəngi işini ehtiyatlı tutaraq paytaxtımıza oyundan iki gün əvvəl – noyabrın 26-sı təşrif buyuracaq.

“Qırmızı-göylər”i gətirəcək çarter reysli təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna 21:35-də eniş edəcək. Matçdan dərhal sonra Fransaya qayıdacaq.

“Lion”un qalacağı otelin adı də məlumdur. Qonaqlar məskunlaşmaq üçün şəhərimizin dəbdəbəli məkanlarından olan “Hilton”u seçib.

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
28
sportinfo.az

1Mənbələr