AZ

Milli Məclisdə "2025-ci il dövlət büdcəsi" müzakirələri… VİDEO

Gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddədir.

Xezerxeber.az xəbər verir ki, 2025-ci ilin dövlət büdcəsinin prioritetləri Silahlı Qüvvələrin potensialının daha da artırılması, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq.

Qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov söyləyib ki, gələn il minimum pensiya və minimum əməkhaqqı artırılacaq.

Şəhid ailələrinə, müharibə veteranlarına qayğı və diqqət gələn il də davam edəcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, bu il də Azərbaycan iqtisadiyyatı dayanıqlıq və inkişaf nümayiş etdirir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyulub və birinci oxunuşda qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
xezerxeber.az

1Mənbələr