“Football-plus.az”ın məlumatına görə, “Match TV” bu haqda mütəxəssisin əvvəlki iş yeri olan Mahaçqala “Dinamo”sunun baş direktoru Şamil Qazizovdan açıqlama alıb. Funksionerin söylədikləri:
“
Bəli, özündə Berdıyevin “Turan Tovuz”dan ayrılmasını əks etdirən xəbərlərlə tanışam. Amma Kurban bəylə bu haqda söhbət etməmişik. O, “Dinamo”dan ayrılanda bildirdik ki, nə vaxt istəsə, evə dönüb klub prezidentinin müşaviri vəzifəsində çalışa bilər. Onunla işləmək bizim üçün həmişə xoş olub. Berdıyevi həmişə gözləyəcəyik. Mütəxəssis uşaq futbolumuza böyük töhfələr verib. Onunla işləmək böyük şərəfdi”.
Qeyd edək ki, Berdıyev 2023/24 mövsümündə Mahaçqala təmsilçisini çalışdırıb və komandanı elitaya yüksəldib. Bu ilin aprelindən iyuna qədər isə klub prezidentinin müşaviri kimi çalışıb.
KƏNAN BAHADIR