AZ

Yaxın Şərq və ABŞ-dan gələn xəbərlər neft bazarını qarışdırdı

İsrail və Livan arasında atəşkəsin əldə olunacağı barədə xəbərlə dünya neft bazarında qiymətləri kəskin ucuzlaşdırıb.

Musavat.com Bloomberg-ə istinadən Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin kotirovkaları 2 dollar ucuzlaşaraq 73,23 dollara düşüb.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti bu vaxta kimi 2 dollardan çox azalaraq 69,18 dollara bərabər olub.

Qeyd edək ki, bu gün açıqlanan məlumatdan aydın olub ki, İsrail və Livan hakimiyyəti sabah təsdiq olunması gözlənilən atəşkəsin şərtləri barədə razılığa gəlib. Bu barədə ABŞ hökumətindəki mənbələrə istinadən Axios məlumat yayıb. Məlumatı dolayısı ilə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon da təsdiqləyib.

Bundan əlavə, bazar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın maliyyə naziri vəzifəsinə investor və Key Square Group-un qurucusu Skott Bessenti namizəd irəli sürməsi xəbərinə reaksiya verir. Bessent ABŞ-da neft hasilatının artırılmasının tərəfdarıdır.

Treyderlər gələn bazar günü onlayn keçiriləcək OPEC+ nazirlərinin görüşünü də səbirsizliklə gözləyirlər.

 

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr