İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Müəyyən edilib ki, Məmmədov Qəhrəman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.Məmmədovun əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işlədiyi və son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərdiyi barədə məlumatlar var.
10Mənbələr
-
sam.azAzərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib ( 13501207)
-
axar.azDTX məlumat yaydı ( 13498189)
-
publika.azProkurorluq məlumat yaydı: Bu şəxslər ifşa edildi ( 13492963)
-
far.azAzərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib ( 13492039)
-
sia.azAzərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib ( 13491997)
-
anews.azAzərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib ( 13491985)
-
yeniavaz.comBu şirkət 51 milyon dollarlıq məhsulun pulunu ölkəyə qaytarmayıb ( 13491832)
-
yeniavaz.comBu şirkət 51 milyon dollarlıq məhsulun pulunu ölkəyə qaytarmayıb ( 13491829)
-
valyuta.az86 milyon manatı ölkəyə qaytarmadı - Həbs edildi ( 13491595)
-
missiya.azAzərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib ( 13491463)