AZ

İnzaqi "İnter"dəki gələcəyindən danışıb

"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasında "Leypsiq"lə oyun öncəsi açıqlama verib. 

90deqiqe.Az xəbər verir ki, 48 yaşlı çalışdırıcı İtaliya klubunda uğur qazanmağa davam edə biləcəyini qeyd edib.

“Ümid edirəm ki, “İnter”də uzun müddət qalacağam, San Siro atmosferini hiss etməyə davam etmək istəyirəm. Burada bizi sıxışdıran azarkeşlər sayəsində üstünlüyümüz var. Mən özümü dünyanın ən yaxşı məşqçilərindən biri hesab edirəm? Mən şanslıyam, çünki əla heyətimiz var. Məqsədlərimizi və ambisiyalarımızı bilirik. Biz artıq komanda ilə çox şey əldə etmişik və ümid edirəm ki, “İnter”də uğur qazanmağa davam edə bilərəm”, – İnzaqi mətbuat konfransında deyib.

"Nerazzurrilər" çərşənbə axşamı "Red Bulls"u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
38
90deqiqe.az

1Mənbələr