AZ

Taekvondoçularımız Bosniya və Herseqovinada daha iki medal qazandılar

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan "Bosnia Open” beynəlxalq turnirində 1 gümüş və 1 bürünc medal qazanıblar.


Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə, böyüklər arasında çıxış edən Səlimə Quliyeva (46 kq) gümüş, Zemfira Həsənzadə isə bürünc medala sahib çıxıb.


Qeyd edək ki, daha əvvəl təmsilçilərimiz gənclər arasında 1 qızıl, 1 bürünc medal əldə etmişdilər.



Seçilən
8
7
qaynarinfo.az

9Mənbələr