"NATO-ya üzv ölkələr alyansla Rusiya Federasiyası arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Rusiya ərazisinə yüksək dəqiqlikli qabaqlayıcı zərbələr endirməyi müzakirə edirlər".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauyer bildirib.
“Bu, NATO-da yeni müzakirədir və mən şadam ki, biz oturub hücuma məruz qalmağı gözləyəcəyik və sonra reaksiya verəcəyimiz fikrinə münasibətimizi dəyişmişik. Rusiya bizə hücum edərsə, gözləmək yox, Rusiyada buraxılış qurğularını vurmaq daha ağıllıdır”, - admiral bildirib.
Müəllif: Arzu