AZ

Avropanın 10 ən yaxşı və 10 ən pis şəhəri

"Siz öz doğma şəhərinizdə öz həyatınızdan nə qədər məmnunsunuz?.."
 
Avropada gözəl arxitekturaya malik çoxsaylı şəhərlər var. Lakin bəzi şəhərlərin yerli sakinləri həyat keyfiyyətindən narazıdır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Express" nəşri yazıb.
 
Məlumatda deyilir ki, Avropa Komissiyası sorğu aparıb və Avropanın 10 ən yaxşı və 10 ən pis şəhərinin siyahısını tərtib edib.
 
Sorğu zamanı respondentlərə doğma şəhərində öz həyatlarından nə qədər "məmnun olduğu" barədə sual ünvanlanıb.
 
Sorğunun nəticələri gözlənilməz olub. Avropada həyat üçün ən yaxşı şəhər İsveçrənin Sürix şəhəridir. Respondentlərin əksəriyyəti (97 %) bəyan edib ki, öz həyatından razıdır.
 
Bu, İsveçrənin tanınmış maliyyə mərkəzidir, çünki burada bank və işgüzar sektorun bir çox nümayəndələri yaşayır. Şəhərin həmçinin Sürix gölü sayəsində gözəl mənzərələri var.
 
İkinci yerdə Danimarkanın paytaxtı Kopenhagen şəhəridir. Bu şəhər zəngin mədəniyyətə malikdir və velosipedçilər üçün rahatdır.
 
Ən yaxşı 10 şəhərin siyahısına aşağıdakılar daxlldir:
 
Sürix, İsveçrə
Kopenhagen, Danimarka
Qroninin, Niderland
Qdansk, Polşa
Leypsiq, Almaniya
Stokholm, İsveç
Cenevrə, İsveçrə
Rostok, Almaniya
Kıuj-Napoka, Rumıniya
Braqa, Portuqaliya.
 
Ən pis 10 şəhərin siyahısında Palermo (Siciliya) birinci yerdədir. İkinci ən pis şəhər Yunanıstanın paytaxtı Afina şəhəridir. Bu şəhərin sakinləri yaşıllıq qıtlığı və əhalinin sıxlığından şikayətlənib. Üçüncü yerdə Türkiyənin İstanbul şəhəridir, bu şəhərin sakinləri mənzil bohranı ilə üzləşib.
 
10 ən pis şəhərlərin siyahısı:
 
Palermo, İtaliya
Afina, Yunanıstan
İstanbul, Türkiyə
Tirana, Albaniya
Neapol, İtaliya
Belqrad, Serbiya
Roma, İtaliya
Skopye, Makedoniya
Mişkolts, Macarıstan
Podqoritsa, Çernoqoriya.
 
Qeyd edək ki, Kiyev şəhəri müharibə səbəbindən ikinci ildir ki, həyat üçün 10 ən pis şəhərlər siyahısına düşür. Ukrayna paytaxtının sabitlik göstəricisi aşağı olaraq qalmaqdadır.
Seçilən
21
moderator.az

1Mənbələr