AZ

Avropa ölkəsi Rusiya təhdidinə qarşı plan hazırlayır

Almaniya höküməti Rusiyadan artan təhlükələr fonunda “sığınacaq mühafizə planı” hazırlayır. Metbuat.az xəbər verir ki, plana əsasən yaradılacaq yeni sığınacaqlarla yanaşı, vətəndaşlara özünü qorumaq barədə məlumat veriləcək."Bild" nəşrinin məluamtına görə, Rusiya təhdidləri fonunda bir çox ölkə vətəndaşlarını qorumaq üçün müxtəlif addımlar atır. Polşada 2026-cı ildən sonra tikilən evlərdə qoruyucu otaqların olması məcburi olacaq. Almaniyada isə sığınacaqların azlığı və yenilərinin inşasının uzun vaxt aparması əsas problemlərdən biri kimi göstərilir.

Hazırlanmaqda olan plan çərçivəsində metro stansiyaları, yaşayış binaları və bələdiyyə idarələri də daxil olmaqla, bütün tikililərin müharibə zamanı qoruma sahəsinə çevrilməsi imkanları araşdırılacaq. Plana əsasən, vətəndaşlara ən yaxın sığınacağın yerini göstərə biləcək mobil tətbiq hazırlanacaq. Bundan əlavə, insanları öz zirzəmilərini və qarajlarını sığınacaq kimi istifadə etməyə təşviq etmək nəzərdə tutulub.

Seçilən
22
metbuat.az

1Mənbələr