AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - işlərinizə ciddi hazırlaşsanız, yaradıcı planlarınızı reallaşdıra bilərsiniz. İnformasiya, yaxud zəruri avadanlıq, alət, material çatışmazlığı hiss oluna bilər. Belə situasiyanın yaranmaması üçün tədbirli davranın.

Buğa - unutmayın ki, ən pis sülh ən yaxşı münaqişədən yaxşıdır. Konfliktli vəziyyət yaratmayın. Asılı olduğunuz insan və ya yaşlılarla mübahisələr etməyin. Sözlərinizi yumor hissi ilə qəbul etməyən insanla zarafata yol verməyin.

Əkizlər - çoxdan diqqət tələb edən situasiyanı nizamlamaq olar. Bütün çətinliklərə rəğmən geri çəkilməyin, bədbinliyə qapılmayın. Alış-verişə çox pul xərcləməyin. Təmir və ya köç üçün əlverişli zamandır.

Xərçəng - günün ilk yarısında əhvalınızda kəskin dəyişikliklər ola bilər. Emosionallıq və aqressivlik ünsiyyətdə ciddi problemlər yaradacaq. Həddən artıq hissiyatlı davranış sizi illüziyaların əsiri etməsin. İfrat rasionallıq da zərərlidir.

Şir - günün ilk yarısında həddən artıq enerji hiperaktivliyə səbəb olmamalıdır. Ehtiyatlı olun, yaxın ətrafınızdakı insanların fikir və niyyətlərini anlamağa çalışın. Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.

Hisslərinizə nəzarət edin.
 

Qız - günün ilk yarısındakı olaylar sizdən kommunikativ olmağı, bacarıqlarınızı nümayiş etdirməyi tələb edir. Məktub və sənədləri qaydaya salın. Yeni məlumatlar əldə edərək mövqelərinizi möhkəmləndirin. Qərarların qəbul sürətini artırın.

Tərəzi - günün ilk yarısında mübahisələrə qatılmayın, münasibətlərin aydınlaşdırılmasında aktiv iştirak etməyin. Adi günlərdən fərqli olaraq yaxın ətrafınızdakı insanlar sizi anlamırlar. Onlar dediklərinizə inanmırlar. Münaqişə səbəbkarı olmayın.

Əqrəb - qərar qəbul edəndə məntiqli olun. Aldığınız məsləhət ilk baxışdan qəribə təsir bağışlasa da, ona riayət edin. Bundan sonrakı fəaliyyətinizi planlaşdıranda alternativ məlumat mənbələrindən yararlanın. Uzaq gələcəklə bağlı planların yenilənməyə ehtiyacı var.

Oxatan - yaxın ətrafınızdakı insanlara ən sadə məqamları anlatmaq üçün çox vaxt gərəkdir. Aqressiv olmayın. Düşünməyin ki, onlar ən elementar, sadə nəsnələri anlamırlar. Mübahisələrə qatılmayın.

Oğlaq - intellektual fəaliyyətdə diqqətli olun ki, müxtəlif səhvlərə yol verməyəsiniz. Ətrafınızdakı insanlarla ünsiyyəti bir qədər azaldın. Gərəksiz söhbətlər və yerinə yetirə bilməyəcəyiniz vədlər sizə qarşı olacaq.

Dolça - yaşanan situasiyada pozitiv məqamları görməyə çalışın. Birgə çalışdığınız insanların nöqsanlarını ön plana çıxarmayın. Vəziyyətin nüanslarını nəzərə alsanız, yaxşı nəticələrə nail ola bilərsiniz.

Balıqlar - tənqidlər sizi bədbinliyə düçar etməməlidir. Opponentlərdən biri sizi təbdən çıxararaq niyyətinə çatmaq, istəyini gerçəkləşdirmək istəyir. Bu adama imkanlardan yararlanmağa imkan verməyin. Amma münaqişə də yaratmayın. Ehtiyatlı olun.

Milli.Az

Seçilən
34
mia.az

1Mənbələr