AZ

NATO-nun Baş katibi Ankarada Ərdoğanla görüşdü -KRİTİK və QAPALI DANIŞIQLAR

NATO-nun Baş katibi Mark Rutte noyabrın 25-də Ankarada Türkiyə rəhbərliyi ilə danışıqlar aparıb.

 

Senzor.az bildirir ki, hərbi-siyasi blokun rəhbəri ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında görüş bir saata yaxın və mətbuata qapalı keçirilib.

 

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak ediblər. 

Gün ərzində Alyansın rəhbəri H.Fidan və Y.Gülər ilə ayrı-ayrılıqda da görüşlər keçirib.

 

Türkiyə Prezidentinin Administrasiyası bildirib ki, NATO Baş katibinin iştirakı ilə keçirilən danışıqların gündəliyində Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhran, həmçinin terrorizmlə mübarizədə birgə fəaliyyət məsələsi yer alıb.

 

Bundan əlavə, görüşlərdə 2026-cı ildə Türkiyədə NATO sammitinin təşkili və müdafiə sənayesi məhsullarının tədarükü sahəsində Alyans üzvləri arasında həmrəylik məsələləri müzakirə olunub.

Seçilən
4
2
senzor.az

3Mənbələr