“ABŞ Ermənistana dəstəyini kəskin şəkildə azalda bilər. Xüsusən də Amerikanın erməni icmasının son prezident seçkilərində demokratların namizədi Kamalə Harrisi dəstəkləməsi fonunda bunun baş verməsi mümkündür”.
Turkustan.az xəbər verir ki, bunu Stenford Universitetinin professoru, beynəlxalq politoloq Artur Xaçikyan deyib.
“İndiki Ermənistan hakimiyyəti qlobal siyasi prosesləri başa düşmür və neoliberal ideyaları təbliğ edir. Neoliberalizm ABŞ iqtisadiyyatının çökməsinə gətirib çıxarıb. Burada son dərəcə çətin immiqrasiya vəziyyəti mövcuddur. ABŞ-da Demokratlar Partiyasının Çin siyasəti də yanlış oldu.Hazırda Çin ABŞ üçün ən böyük təhlükəyə çevrilib. Bütün bunların fonunda ABŞ Ermənistana dəstəyi kəskin şəkildə azalda bilər. Amerikadakı erməni icmasının son prezident seçkilərində demokratların namizədi Kamala Harrisi dəstəklədiyini nəzərə alsaq, bunun baş verməsi mümkündür. Kamala Harrislə münasibətləri qoruyan diaspor nümayəndələrimiz ABŞ-ın yeni seçilən prezidenti tərəfindən xoş qarşılanmır. Ermənistanın Vaşinqtondan aldığı mesaj məhz bununla bağlıdır. Əgər Ermənistan hakimiyyəti həm demokratlarla, həm də respublikaçılarla münasibətlərini qoruyub saxlasaydı, biz Trampın prezidentliyindən nə isə qazana bilərdik. Ancaq bizim etdiyimiz hər şey səhv idi”, – deyə ekspert vurğulayıb./globalinfo.az/