AZ

Joze Mourinyo 35 milyon avroluq təklifi geri çevirdi

"Fənərbağça" klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı klubunun illik 35 milyon avroluq maaş təklifini geri çevirib.
 
Təcrübəli çalışdırıcı adı açıqlanmayan Səudiyyə klubunun təklifini rədd edərək, "Fənərbağça"da qalmaq istədiyini bildirib.
 
Qeyd edək ki, Mourinyo "Fənərbağça"nın baş məşqçisi olduğu müddətdə komanda ilə 20 oyuna çıxıb. Bu oyunların 12-də qələbə qazanan komanda, 5 dəfə məğlub olub, 3 görüş isə heç-heçə ilə nəticələnib.(oxu.az)
Seçilən
54
7
moderator.az

10Mənbələr