AZ

İnternetdə mənfi məzmunlu məlumatı daha çox kimlər axtarırlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



London Universitet Kollecinin (UCL) alimləri aşkar ediblər ki, psixi sağlamlığı yerində olmayan insanlar nəinki internetdə mənfi məzmunlu məlumatı axtarmağa meyilli olur, üstəlik, belə məlumatlardan sonra daha çox depressiyaya qatılırlar.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Bununla bağlı araşdırmada mindən çox insan iştirak edib. İlk mərhələdə iştirakçılar psixi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün psixoloji testlərdən keçiblər. Daha sonra könüllülərə 30 dəqiqə ərzində internet məzmununa baxmaq təklif olunub, bundan sonra onlar daha bir test keçiblər və tədqiqatçılara axtarış tarixçələrini açıqlayıblar.
Nəticələr göstərib ki, psixi sağlamlıq göstəriciləri ən aşağı olan insanlar mənfi mövzulu saytlara daha çox daxil olublar.
Növbəti eksperiment bu tendensiyanın səbəb və ya nəticə olduğunu müəyyən etməyə yönəlib. Alimlər mənfi materiallara artan marağın günahkarının saytların özü və ya iştirakçıların psixi vəziyyəti olduğunu anlamağa çalışıblar.
İştirakçılar iki qrupa bölünüblər: bir qrup müsbət məzmuna baxıb, digəri isə "pis xəbərlər" üzərində cəmləşib. Nəticələr göstərib ki, qorxuducu və ya depressiv məlumatları öyrəndikdən sonra bir çox iştirakçı dayana bilməyib - onlar internetdə daha qaranlıq məzmun axtarmağa başlayıblar. Bu zaman zəif psixikası olan insanlar belə hərəkətlərdən sonra özlərini emosional cəhətdən daha çox tükənmiş hiss ediblər.
Seçilən
51
50
oxu.az

10Mənbələr