AZ

Gələn il əməkhaqqı və pensiyanın artırılması proqnozlaşdırılır

“Gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılması, pensiyaların indeksləşdirilməsi proqnozlaşdırılır.

Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“2025-ci ilin dövlət büdcəsi layihəsi Prezidentin müəyyən etdiyi təşəbbüsləri, milli inkişaf prioritetlərindən irəli gələn sosial iqtisadi hədəfləri əhatə edir.

Qlobal iqtisadi artım 3,2% proqnozlaşdırılır. Milli iqtisadiyyatımız qlobal riskləri neytrallaşdırmalıdır.

Qlobal iqtisadiyyatda geosiyasi amillərdən doğan qeyri-müəyyənliklər fonunda əsas məsələ Azərbaycanın yuxarı orta gəlirli ölkələr sırasında öz yerini möhkəmləndirməsidir.

Növbəti ildə inflyasiya 4,6% proqnozlaşdırılır. Büdcə gəlirlərimiz 2024-cü ilin proqnozundan 5,3% çoxdur. Xərclər isə cari illə müqayisədə 4,1% çox proqnozlaşdırılır”, - deputat vurğulayıb.

Seçilən
30
sportinfo.az

1Mənbələr