AZ

Dünyanın ən yaşlı futbolçusu öldü - FOTO

Graham Bailey noyabrın 15-i, cümə günü, 104 yaşında dünyasını dəyişib. Keçmiş Sheffield United və Huddersfield Town oyunçusu olan Bailey, peşəkar futbolçu karyerasına cəmi 17 yaşında - 1937-ci ildə başlayıb.

Milli.Az xəbər verir ki, Shropshire bölgəsində anadan olan Bailey, ilk olaraq 1936-cı ilin avqustunda Huddersfield ilə müqavilə imzalayıb. 1939-cu ildə İkinci Dünya Müharibəsi başladıqda o, Brook Motors şirkətində 12 saatlıq növbələrdə işləyir və daha sonra Leeds Road stadionuna gedərək qaranlıqda məşq edirdi.

Karyerasına mərkəz müdafiəçisi kimi başlayan Bailey, daha sonra çox yönlü oyunu ilə tanınıb və əsasən müdafiənin hər iki cinahında oynayan tam müdafiəçi mövqeyində çıxış edib. 1948-ci ildə Sheffield United klubuna keçib və 1950-ci ildə futboldan təqaüdə çıxıb.

Huddersfield Town və Sheffield United-in keçmiş oyunçusu Graham Bailey 104 yaşında dünyasını dəyişib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
17
milli.az

1Mənbələr