Məktəblilərin üzləşdiyi çətinliklərdən biri tətildən sonra dərsə adaptasiya ilə bağlıdır. Şagirdlər tətil boyunca valideynləri ilə birlikdə olmağın onlara bəxş etdiyi rahatlıq və əyləncə hissindən ayrılmaq istəməyə bilərlər. TehsilForumu.Az xəbər verir ki, böyüklər üçün tətildən sonra işə qayıtmaq çətin olduğu kimi, uşaqlar üçün də məktəbə qayıtmaq zaman ala bilir. Uşaqların məktəbə uyğunlaşmasını asanlaşdıra biləcək təkliflər: Birincisi bilmək vacibdir ki, valideynlər həmişə uşaqlar üçün örnəkdirlər və uşaqlar həmişə valideynlərin davranışlarını təqlid edəcəklər. Odur ki, əgər valideynlər övladlarının tətil sonrası dərsə asanlıqla uyğunlaşmalarını tənzimləmək üçün özlərini nümunə göstərməlidirlər. Məsələn, evdə erkən yatmaq adətini inkişaf etdirmək, uşaqların erkən oyanmasına kömək etmək (bəzi musiqi və ya kiçik oyunlar istifadə edilə bilər), işə yüksək əhvali-ruhiyyə ilə hazırlaşmaq uşaqlarda da məktəblə bağlı xoş fikirlər yaradacaq.İkincisi, əksər şagirdlər darıxdıqları məktəb və məktəb sisteminə rahatlıqla uyğunlaşa bilsələr də, əksəriyyətinin özlərini həddindən artıq narahat hiss etmələri mümkündür. Xüsusilə, gərginlik yaşayan uşaqlara kömək etmək üçün onların narahatlığının səbəbini araşdırmaq vacibdir. Yeni sinfə uyğunlaşma məsələsi, bəzən dostlarla keçmişdə yaşanan problemlər olubsa, onların yenidən təkrarlanma ehtimalı, dərslərdə uğur qazanmaqla bağlı olan narahatlıqlar və digər problemlər gərginliyin əsas səbəbləri ola bilər. Ona görə də birbaşa soruşmaqla onları narahat edən məsələləri araşdırın.Üçüncüsü, məktəbə getmək istəməyən, uyğunlaşmada çətinlik yaşayan uşaqlara valideynlərin sərt yanaşması, əsəbləşmək, qışqırmaq, hədələmək onlarda məktəblə bağlı xoş olmayan düşüncələr yarada bilər, bu da məktəbə uyğunlaşma prosesinə mənfi təsir göstərir. Belə vəziyyətlərdə hətta öz məktəb təcrübələrinizdən də istifadə etməklə onlarla səmimi söhbət aparın, bu, onlarda müşahidə edilən narahatlıq hissinin aradan qaldırılmasına şərait yaradacaqdır. Qeyd edək ki, şagird bütün günü nizamlanmış, onlar üçün ciddi mühit sayılan məktəbdə vaxt keçirir, ona görə də uşağın dincəlməsi üçün birlikdə əyləncəli fəaliyyətlər, oyun saatlarının yaradılması məqsədəuyğundur. Əgər anlayışlı və dəstəkləyici münasibətinizə baxmayaraq, övladınız hələ də məktəbə adaptasiya olunmaqda çətinlik çəkirsə, məktəbə getmək istəmirsə, o zaman mütləq mütəxəssisə müraciət etməlisiniz.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta