AZ

"İsraillə atəşkəs razılaşması demək olar ki, tamamlanıb"

Livanlı millət vəkili Kasım Haşim İsrail və Livan arasında atəşkəs səylərindən danışıb.

Turkustan.az xəbər verir ki, Haşim İsraillə tezliklə atəşkəs razılaşmasının əldə ediləcəyini, razılaşmanın demək olar ki, tamamlandığını və 36 saat ərzində açıqlama verilə biləcəyini bildirib.

Millət vəkili Haşim "AA" müxbirinə verdiyi açıqlamada İsrail və Livan arasında atəşkəs səyləri haqqında məlumat verib.

"Atmosfer müsbətdir, atəşkəs danışıqları qabaqcıl mərhələdədir, əgər işlər belə davam edərsə, atəşkəsin əldə olunması və elan edilməsi saatlarla vaxt aparacaq" - deyə, Haşim bildirib

Livanın atəşkəs razılaşmasını ABŞ-da elan edəcəyini bildirən Haşim: "Niyyətlər səmimi olarsa, işlər normal davam edəcək, razılaşma demək olar ki, tamamlanacaq, ancaq əldə etmək üçün xüsusilə önümüzdəki 36 saatı gözləmək lazımdır. xoşbəxt sonluğa inanırıq"-deyə, bildirdi.

Aytən Yaşar/ Turkustan.az


REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ




Seçilən
11
turkustan.az

1Mənbələr