AZ

Berezutski 16-cı olacaq

Misli Premyer Liqasında mövsüm yarılanmamış 10 komandanın yarısı baş məşqçi dəyişikliyinə gedib. Baş məşqçisini yola salan sonuncu komanda dünən “Sabah” olub.

Çempionatdakı ardıcıl uğursuz nəticələrdən sonra Krunoslav Renduliçlə yollarını ayıran bakılılar bu elandan cəmi bir neçə saat sonra Vasili Berezutski ilə müqavilə imzalandığını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, hələlik “Qarabağ”, “Zirə”, “Turan Tovuz”, “Araz-Naxçıvan” və “Şamaxı” mövsümə başladıqları çalışdırıcı ilə yollarına davam edirlər. “Sabah”a qədər “Neftçi”, “Sumqayıt”, “Səbail” və “Kəpəz” istefa ilə yadda qalmışdı.

Berezutski cari mövsüm bir komandanı Azərbaycan çempionatında meydana çıxaran 16-cı mütəxəssis olacaq. Onlardan Samir Abasov artıq iki komandaya rəhbərlik etməyə imkan tapıb. Elvin Məmmədovla Xaliq Mərdanov müvəqqəti baş məşqçi qismində müvafiq olaraq “Səbail” və “Kəpəz”ə bir matçda rəhbərlik edib.

Komandaları cari mövsüm meydana çıxaran məşqçilər:

“Zirə”: Rəşad Sadıqov – 14 oyun

“Araz-Naxçıvan”: Elmar Baxşıyev – 14

“Turan Tovuz”: Kurban Berdiyev – 14

“Qarabağ”: Qurban Qurbanov – 13

“Şamaxı”: Ayxan Abbasov – 13

“Neftçi”: Roman Qriqorçuk – 9, Samir Abasov – 5

“Sumqayıt”: Samir Abasov – 9, Vaqif Cavadov – 5

“Kəpəz”: Adil Şükürov – 4, Xaliq Mərdanov – 1, Azər Bağırov – 9

“Səbail”: Şahin Diniyev – 12, Elvin Məmmədov – 1, Cavid Hüseynov – 1

“Sabah”: Krunoslav Renduliç – 14, Vasili Berezutski – ?

Seçilən
16
futbolinfo.az

1Mənbələr