AZ

Özünü xaricdə təhsil üzrə məsləhətçi kimi təqdim edən şəxsə yenidən cinayət işi açıldı

Özünü xaricdə təhsil üzrə məsləhətçi kimi təqdim edərək dələduzluq edən şəxsə yenidən cinayət işi açılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda həbsdə olan Əşrəf Əşrəflinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Cinayət işi artıq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Mahirə Kərimova icraatına verilib.


İş üzrə 4 zərərçəkmiş var.


Qeyd: Əşrəf Əşrəfli daha əvvəl dələduzluq və saxta sənədlərdən istifadə etmədə təqsirləndirili bilinib və Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını dəyişdirib. Belə ki, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulan cinayətin birinci, üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu və on birinci epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar məhkum edilən təqsirləndirilən şəxsə cəza təyin olunmayıb. Əşrəf Əşrəflinin təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.4-cü (dələduzluq) maddələri ilə təyin olunan 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ilə endirilib. CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayətin ikinci epizodundakı “təkrarən” söz ifadəsi hökmdən xaric edilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.


Təqsirləndirilən şəxs həmin iş üzrə 2021-2022-ci illərdə 12 vətəndaşdan ümumilikdə 34 860 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
 

Kamal Məmmədov 


Tarix: 26 Noyabr 2024, 09:12   
Seçilən
14
pravda.az

1Mənbələr