Rusiya məhkəməsi növbəti dəfə "Telegram"ı cərimələyib.
Valyuta.Az xəbər verir ki, paytaxt Moskva şəhərində keçirilən məhkəmə prosesində platformada bəzi qadağan edilmiş məzmunlara çıxışın məhdudlaşdırılmadığını əsas götürən məhkəmə, "Telegram"ın 7 milyon rubl ( təxminən 67 min dollar )məbləğində cərimə ödəməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, daha əvvəl "Apple", "Google", "TikTok" və "Facebook" kimi müxtəlif xarici platformalara da oxşar səbəblərlə cərimələr tətbiq edilib.
Rəhim