AZ

Hərracın predmeti olan əmlakın ilkin və son satış QİYMƏTİ

Hərrac baş tutduğu halda hərracın nəticələrinə dair protokolda hansı məlumatların qeyd olunduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.

Hərrac baş tutduğu halda hərracın nəticələrinə dair protokolda aşağıdakı məlumatlar qeyd olunur:

– hərracın keçirilməsinin tarixi və vaxtı;

–  ilk və ya təkrar hərrac olması;

– hərracın keçirilməsi üçün əsas;

– sifarişçinin adı, soyadı, vəzifəsi;

– hərracın qalibinin adı, soyadı, ata adı, FİN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN- i;

– təşkilatçı və Portal barədə məlumatlar;

– hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.);

– satılmış əmlakın əvvəlki mülkiyyətçisi (sahibi) barədə məlumat;

– hərracın predmeti olan əmlakın ilkin və son satış qiyməti;

– satışdan əldə olunan məbləğin (hərracın qalibi tələbkar olduqda əmlakın satış qiymətinin tələbdən yuxarı hissəsi) ödənilməli olduğu hesab;

– beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi;

– hərracın predmeti olan əmlakın satış qiymətinə mütənasib icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra qurumunun sifarişdə göstərilən depozit hesabına köçürülməsi barədə məlumat.

Seçilən
13
heftelik.az

1Mənbələr