AZ

İsrail təyyarələri Hizbullahın silah qaçaqmalçılığı marşrutlarını vurub

Noyabrın 25-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədi boyunca Hizbullah terror təşkilatına silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlara zərbələr endirib.

Hücumların son həftələrdə Suriya rejiminin bölgədəki qaçaqmalçılıq marşrutlarına yönəlmiş oxşar əməliyyatların davamı olduğu vurğulanır.

“Bu, İsrail ordusunun mülki vətəndaşlara və İDF qüvvələrinə qarşı terror hücumlarında istifadə edilən silahların qaçaqmalçılıq yolu ilə daşınmasına cavabdeh olan “Hizbullah 4400” bölməsinin imkanlarını zəiflətmək məqsədinə xidmət edir ”, - deyə ordu komandanlığının verdiyi bəyanatda bildirilir.

Odu komandanlığı həmçinin qeyd edib ki, Suriya rejiminin dəstəyi ilə Hizbullah öz terror fəaliyyətləri üçün mülki infrastrukturdan sistemli şəkildə istifadə etməkdə davam edir.

Oxuməni.az

Seçilən
14
oxumeni.az

1Mənbələr