AZ

Qanlı hesablaşmada 6 nəfər öldürüldü

Vətəninfo.az xəbər verir ki, Meksikanın Tobasko ştatının Villahermosa şəhərində cinetlərdən birinə silahlı hücum nəticəsində azı 6 nəfər ölüb, daha on nəfər yaralanıb. Xatırladaq ki, Tobasko Meksikanın cənub-şərqində yerləşir. Məlum olub ki, silahlı şəxslər şərab zavoduna daxil olaraq orada olduğunu zənn etdikləri şəxsi axtarıblar.

Hücum nəticəsində 5 nəfər yerindəcə, daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. On nəfər yaralanıb. Hazırda mərkəzi orqanlar zərərçəkənlərə yardım göstərir. Hadisənin təfərrüatlarını öyrənmək üçün araşdırmalara başlanılıb.

Seçilən
43
veteninfo.az

1Mənbələr