AZ

BOKT-larda kredit riskinin idarə edilməsi qaydası təsdiqləndi

Bak: Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayankredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nıtəsdiq edib.

Trend xəbərverir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərarimzalayıb.

Qərara əsasən, BOKT-ların verdiyi gündəlik kredit aşağıdakıtələblərə cavab verməlidir:

- milli valyutada verilir;

- borcalana birdəfəlik verilmiş kreditin maksimum məbləği 500(beş yüz) manatdır;

- gündəlik faiz dərəcəsi maksimum 0,3%-dir;

- qaytarılma müddəti maksimum 45 gündür;

- gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilməfaizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəliktətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;

- kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsasborcun 100%-dən çox olmamalıdır;

- gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsasborc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;

- təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxışetmir;

- restrukturizasiya olunmur;

BOKT-nin Müşahidə Şurası (Himayəçilik Şurası) tərəfindənBOKT-nin risk iştahasına uyğun olaraq kredit risklərinin idarəolunması siyasəti təsdiq edilməlidir.

Kredit risklərinin idarə edilməsi siyasəti azı aşağıdakılarıəhatə edir:

- hər bir kredit növü üzrə bir borcalana və birgə borcalanlarqrupuna, habelə BOKT-yə aidiyyəti olan şəxslərə verilən kreditlərinmaksimum həcmi, borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsiqaydaları;

- təminatın qiymətləndirilməsi qaydaları, o cümlədən, kənarqiymətləndiricinin seçilməsi meyarları;

- kredit inzibatçılığının aparılması qaydaları;

- qeyri-standart kreditlərin idarə edilməsi qaydaları;

- hesabatlıq.

Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıbki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının HüquqiAktların Dövlət Reyestrinə daxil edilməsi üçün AzərbaycanRespublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təminetsin.

“Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarəedilməsi Qaydası”nın təsdiq edilməsi barədə bu linkə keçid edərək ətraflı tanış ola bilərsiniz.

Seçilən
40
18
az.trend.az

10Mənbələr