Ötən gün aparıcılar Zaur Baxşəliyevlə Günayın oğulları Davudun doğum günü olub.
Day.Az axşam.az-a istinadən bildirir ki, cütlük, övladlarının 4 yaşını şəhər restoranlarından birində yaxınlarının iştirakı ilə qeyd ediblər. Tədbirdən görüntüləri onlar sosial şəbəkələrdə paylaşaraq izləyiciləri ilə bölüşüblər.
Qeyd edək ki, Zaur və Günayın bir qızları da var, adı Dilavərdir.