AZ

Rusiyanın 230 milyonluq qazı “oğurlandı”

Yerli OMV şirkəti Avropa ölkəsinə tədarük edilən yanacağın “ələ keçirilməsindən” sonra “Qazprom” Avstriyaya qaz nəqlini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, OMV bunu Almaniyadakı arbitraj məhkəməsinin qərarı ilə əsaslandıraraq 230 milyon avro dəyərində qazı “ələ keçirib”. Avstriya şirkəti məhkəmə qərarının icrasına görə bu yolla kompensasiya ödəməyi planlaşdırır.

“Öz növbəsində “Qazprom” yanacağın ələ keçirilməsini ödənişsiz hesab edib və tədarükünü dayandırıb. Beləliklə, Rusiya və Avstriya şirkəti arasında 50 illik ticarət əlaqələri başa çatıb”,- agentlik vurğulayır.

Seçilən
9
publika.az

1Mənbələr