AZ

AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçünsəyahətləri daha əlçatan etmək məqsədilə “Uçuran Cümə”kampaniyasına start verib.

26 noyabr–1 dekabr tarixlərində sərnişinlər AZAL-ın 50-dən çoxistiqaməti üzrə aviabiletləri 30%-dək endirimlə əldə edəbiləcəklər. Təklif 2024-cü il noyabrın 30-dan 2025-ci il aprelin30-na kimi həyata keçirilən reyslərə şamil olunur.

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə,premium ekonom və biznes sinifi tarifləri üçün keçərlidir, lakinvergi və yığımlara tətbiq edilmir.

Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçininkodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimlibiletlərin sayı məhduddur.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobiltətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuşagentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçünlinkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!

Seçilən
26
34
az.trend.az

10Mənbələr