Türkiyənin 18 şəhərində eyni vaxtda İŞİD terror təşkilatı mənsublarına qarşı uğurlu əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "GÜRZ-26" kod adlı əməliyyatla 54 şübhəli saxlanılıb.
Nazir bildirib ki, saxlanılan 54 şübhəli şəxsdən 20-si haqda həbs qətimkan tədbiri seçilib: "11-i barəsində ev dustaqlığı qərarı çıxarılıb. Qalan 23 nəfərin ifaələri hələ də alınır, ətraflarında istintaq hərəkətləri davam etdirilir".
Firudin Səfərli
MİA.AZ