AZ

“Sabahın xeyir, yeni dünya": Tramp qorxulu plan hazırlayır

Donald Trampın komandası enerji sektoru üçün yeni mayeləşdirilmiş təbii qaz layihələri üçün ixrac icazələrinin təsdiqlənməsini və ABŞ-də neft hasilatının artırılmasını əhatə edən geniş plan hazırlayır.

“Cebheinfo.az” xəbər verir ki, bunu iki mənbə “Reuters”-ə bildirib.

Onların sözlərinə görə, Tramp Co Baydenin qəbul etdiyi əsas iqlim qanunlarını ləğv etməyi planlaşdırır.

Mənbələrin dediyinə görə, ilk prioritetlərdən biri yeni LNG ixrac icazələrindəki fasilənin aradan qaldırılması olacaq. Tramp federal torpaqlarda qazma işlərinə icazənin verilməsini sürətləndirəcək və ABŞ-də dənizdə qazma planlarını canlandıracaq. O, həmçinin Keystone Pipeline layihəsi üçün təsdiq almağa  çalışacaq. Plan inauqurasiyadan bir neçə gün sonra təqdim olunacaq.

Milyarder Oleq Deripaska Trampın seçkilərdəki qələbəsini mənfi qiymətləndirib.

“Sabahın xeyir, yeni dünya. May ayına qədər neft 50 dollara çatacaq, deyəsən hər yerdə sülh hökm sürür”, - deyə biznesmen yazıb.

Hələ seçkilərdən əvvəl Tramp neft quyularının kütləvi işlənməsinə başlamağa söz vermişdi.

“Dünyanın hər hansı digər ölkəsindən daha çox qara qızılımız var! Səudiyyə Ərəbistanından, Rusiyadan daha çox”, - Tramp bildirmişdi.

O bəyan edib ki, neftin qiyməti 40 dollar olduğu halda Rusiya hərbi əməliyyatlar keçirə bilməz. Tramp enerji resurslarını Avropaya sataraq sərvət qazanacağını bildirib.

Xəzər

“Cebheinfo.az”

Seçilən
8
cebheinfo.az

1Mənbələr