Bakı. Trend:
Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmir olunması iləbağlı işlərə başlanılır.
Trend-indövlət satınalmalarının vahid internet portalına istinadənməlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetməBirliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi”publik hüquqi şəxs hazırlıqlara başlayıb.
Belə ki, Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmiri vərekonstruksiya ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasıişləri aparılacaq.
Qurum xəstəxanada sözügedən işlərin icrasının 924.412,00 AZN-ə(924 min 412 manat) başa gələcəyini proqnozlaşdırıb.