AZ

Baş həkimə qarşı dələduzluqda təqsirləndirilərək bəraət alan şəxsdən xəbər var

Baş həkimə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cənnət Məhərrəmovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 28-nə təyin edilib.


Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib.


Qeyd: Cinayət işində zərərçəkən kimi tanınan "Happy Smile" Diş Klinikasının baş həkimi Qurbanova Natəvan Mirtahir qızı ilə müqaviləsi olub və müqaviləyə görə Cənnət Məhərrəmov klinikaya stomotoloji aparat verməli olub.


Ancaq Cənnət Məhərrəmov müəyyən səbəblərdən bu müqavilənin öhdəliklərini tam yerinə yetirə bilməyib. Yəni onlar arasında mülki münasibətlərdən irəli gələn bir əməkdaşlıq olub.


Cənnət Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov 

Tarix: 26 Noyabr 2024, 09:47   
Seçilən
10
pravda.az

1Mənbələr