Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayankredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsiQaydası”nı təsdiq edib.
Trend xəbərverir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərarimzalayıb.
Qərara əsasən, BOKT-nin kapitalının minimum miqdarı aşağıdakıhəcmdə müəyyən edilir:
- kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılanBOKT-lar üçün 300 min manatdan 1 milyon manat;
- qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün -100 (bir yüz) min manat.
- Kapitalın strukturu Qanunun 1.0.7-ci maddəsinə uyğun olaraqmüəyyən edilir. Kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyəalətləri daxil edilir.
Aşağıdakılar kapitalın hesablanması zamanı kapitaldançıxılır:
- qeyri-maddi aktivlərin xalis dəyəri (amortizasiya nəzərəalınmaqla);
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə müəyyənolunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;
- BOKT-nin törəmə cəmiyyətləri, habelə digər hüquqi şəxslərinkapitalına vəsait qoyuluşları.
- Kapitalın hesablanması zamanı qənaətbəxş aktivlər üzrəyaradılan ehtiyatlar kapitaldan çıxılmır.
Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıbki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının HüquqiAktların Dövlət Reyestrinə daxil edilməsi üçün AzərbaycanRespublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təminetsin.
“Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensialtənzimlənməsi Qaydası”nın təsdiq edilməsi barədə bu linkəkeçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.