AZ

Üç Özbəkistan vətəndaşı ravvini oğurlamaqda və öldürməkdə şübhəli bilinərək həbs edilib

Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin əməkdaşları Əbu-Dabidə yaşayan ravvin Zvi Koqanı oğurlamaqda və qətlə yetirməkdə şübhəli bilinən üç Özbəkistan vətəndaşını saxlayıblar. Bu barədə təhlükəsizlik departamenti özünün X (keçmiş Twitter) səhifəsində məlumat verib.

BƏƏ Daxili İşlər Nazirliyinin nümayəndələri saxlanılanların adlarını və yaşlarını dəqiqləşdirərək onların fotolarını dərc ediblər. Rəsmi məlumatlarda onlar 28 yaşlı Olimpi Tohiroviç, 28 yaşlı Mahmudjon Abdurrahim və 33 yaşlı Əzizi Kamiloviçdir.

BƏƏ səlahiyyətliləri ölkənin təhlükəsizliyini təhdid etməyə və cəmiyyətdə sabitliyi pozmağa yönəlmiş istənilən cəhdin qarşısını almağa davam edəcəklərini iddia edirlər.

Birləşmiş Ərəb Əmirliklərinin qanunlarına görə, özbəkləri ölüm cəzası gözləyir.

İsrail və Moldova vətəndaşı olan Zvi Koqan BƏƏ-dəki pravoslav yəhudi “Chabad” qrupunun rəhbəri, həmçinin baş ravvin müavini olub. Din xadiminin ailəsi onun itkin düşdüyünü cümə axşamı, noyabrın 21-də bildirib. Bir neçə gün sonra polis Koqanın meyitini aşkar edərək qətli araşdırmağa başlayıb.

Oxuməni.az

Seçilən
23
oxumeni.az

1Mənbələr