AZ

Baş nazir təcili iclas çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu Livanda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı müzakirə etmək üçün çərşənbə axşamı öz hərbi-siyasi kabinetinin iclasını keçirəcək.

“Cebheinfo.az” bu barədə “Today in Israel”-ə istinadən yazır.

Məlumata görə, bundan əvvəl Baş nazir Benyamin Netanyahu koalisiyaya daxil olan partiyaların rəhbərləri ilə məsləhətləşmələr aparacaq və ordu rəhbərliyi ilə görüşəcək.

Eyni zamanda, İsrail Amerikanın müxtəlif mənbələrindən, demək olar ki, yaxın bir neçə saat ərzində razılaşma əldə olunacağına dair məlumatları hələ də təkzib edir.

Xəzər

“Cebheinfo.az”

Seçilən
9
cebheinfo.az

1Mənbələr