AZ

Bu küçədə əksər sürücülər səhv dönürlər: CƏRİMƏSİ VAR - VİDEO

Bakıda sürücülərin qayda pozduğu küçədə qeydə alınan videonu oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 18-də, paytaxtın Tbilisi prospektində baş verib.

Belə ki, sağ zolaqla hərəkət edən 99-RO-647 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü dönmə ilə bağlı heç bir xəbərdarlıq etmədən anidən sola dönüb. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq onun hərəkətinə mane olub.

Bu kəsişmədə əksər sürücülər manevr qaydasını pozurlar. Qanunvericiliyə görə, sola dönən sürücü manevri ən sol zolaqdan həyata keçirməlidir.

Bu qaydaya əməl etməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.

 

Fərid

Seçilən
18
1
avtosfer.az

2Mənbələr