Hindistanın paytaxtı Yeni Dehlidə hava çirkliliyinə görə təhsilin dayandırıldığı məktəblərin hibrid təhsil modeli ilə yenidən açılmasına qərar verilib."Hindustan Times"ın məlumatına görə, Hindistanın Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası paytaxtda hibrid təhsilə keçid barədə göstəriş verib.Bu çərçivədə paytaxtda dərslər həm fiziki, həm də onlayn rejimdə keçiriləcək.Səlahiyyətlilər hava çirkliliyinin təsirlərini minimuma endirmək üçün tələbələrə maska taxmağı tövsiyə edib. Həmçinin məktəb daxilində fəaliyyətlərin minimuma endirilməsi tövsiyə olunub.Qeyd edək ki, Yeni Dehlidə havanın keyfiyyəti ağır kateqoriyanın yuxarı həddini keçib və son dövrlərin ən pis səviyyəsinə çatıb.Paytaxtda havanın çirklənməsinin təsirlərini azaltmaq üçün təmiz enerjili yanacaq istifadə etməyən yük maşınları və buna bənzər nəqliyyat vasitələrinin Yeni Dehliyə girişi qadağan edilib. Bundan əlavə, 10 və 12-ci siniflər istisna olmaqla, məktəblərdə üzbəüz tədris dayandırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta