AZ

Yuri Syomindən Berezutskiyə xeyir-dua: “Çox səviyyəli və ciddi çempionatdır”

“Vasiliyə uğurlar arzulayıram. Hər bir liqa özünə xas tərzdə çətindir”.

İdman.biz xəbər verir ki, bunu tanınmış rusiyalı məşqçi Yuri Syomin deyib.

Təcrübəli mütəxəssis yerli mətbuata həmyerlisi Vasili Berezutskinin “Sabah”ın baş məşqçisi təyin olunmasına münasibət bildirib və özünə tanış olan çempionatımızı dəyərləndirib: “Orada aşkar lider “Qarabağ” var. Bu komanda çox yaxşı komplektləşib və beynəlxalq arenada çıxış edir. Həmçinin “Neftçi” var. Orada rəqiblər ciddidir, futbol isə inkişaf edir. Berezutski böyük peşəkar perspektivlər vəd edən yaxşı əhatəyə düşəcək. Yəqin ki, Vasiliyə maraqlı olacaq. Bu, çox səviyyəli və ciddi çempionatdır. Çox yaxşıdır ki. sabiq futbolçu məşqçi olub. Futbolçu keçmişi Vasiliyə kömək edəcək”.

Qeyd edək ki, Syomin 2013/14 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.

İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr