AZ

İranın birinci vitse-prezidenti: “Urmu gölünün xilasına biganəlik milli fəlakətə səbəb olacaq”

İranın

Dünən İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif Urmu gölünün Bərpası Qərargahının iclasında gölün dirçəldilməsini transmilli və ləyaqətli bir plan adlandıraraq bildirib ki, Urmu gölünün xilası yolunda səhlənkarlıq və qərəzlilik milli və transmilli fəlakət gətirəcək. “Gəlin bu milli sərvət və ləyaqət üçün ekosistemə və təbii məsələlərə uyğun addımlar ataq ki, gölü də xilas edək. Urmu gölünün bərpası üçün tədbirlər tez bir zamanda həyata keçirilməlidir, gölün xilası məsələsində bir günlük gecikmə belə aşkar edilərsə, bu, ədalətsizlik hesab ediləcək”. Məhəmmədrza Arifin sözlərinə görə, “əvvəlki hökumətin (İbrahim Rəisi) addımları sayəsində Urmu gölünün hazırkı səviyyəsi qorunub, yoxsa gölün vəziyyəti daha pis olardı”.

Eltun Məmmədov

Diqqət Çəkənlər

Oqtay Rzanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib

Rus keşiş zorlamaya cəhddə şübhəli bilinərək saxlanılıb

Litvada yük təyyarəsinin qəzaya uğramasının səbəbi hələlik məlum deyil

Seçilən
15
ulusum.az

1Mənbələr