Almaniya mümkün III Dünya Müharibəsi təhlükəsinə qarşı milli sığınacaq planı üzərində işləyir. Bu plan çərçivəsində vətəndaşlara ən yaxın sığınacağa qədər olan məsafəni göstərmək üçün mobil proqram da hazırlanacaq.
Almaniya hökuməti artan beynəlxalq təhlükələr və dünyada davam edən müharibələr fonunda sığınacaqlar şəbəkəsi yaratmaq planını genişləndirir.
Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı hərbi hücum təhdidlərindən sonra Almaniyada milli sığınacaq hazırlamaq planı yenidən gündəmə gəlib.
Bəzi ictimai binaların sığınacaq halına salınmasının gündəmdə olduğunu yazan Almaniya mətbuatı, hazırda lazım gəldikdə hansı ictimai binaların sığınacaq halına salına biləcəyinin araşdırıldığını açıqlayıb…
Oxuməni.az