Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindəntəmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə BirləşmişMillətlər Təşkilatı (BMT) arasında Töhfə Sazişi imzalanıb.
Trend xəbər verir ki, sənədiDövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT Baş katibininiqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuaimzalayıblar.
Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə “ASAN xidmət” modeliəsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyalarıntətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdətutulur.
Bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinəçevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimidəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir.
Sazişə əsasən, Azərbaycanın "ASAN xidmət” təcrübəsi əsasındamüvafiq ölkələrdə dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə vədövlət xidmətlərinin göstərilməsi üzrə təlimlər təşkil ediləcək.Həmçinin tədris vəsaitləri hazırlanacaq və qitələrarası beynəlxalqtədbirlər təşkil olunacaq.
Baş katibin müavini görüş çərçivəsində “ASAN xidmət”mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin,"Bilim Bakı" mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqişəxsin fəaliyyəti ilə də tanış olub.