Misirin şərqində Qırmızı dənizdə turist gəmisi batıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qayıqda olan 28 nəfər xilas edilib. Lkain 17 nəfər itkin düşüb.
Misirin rəsmi dairələri qayığın niyə batdığınının səbəbini də araşdırdıqlarını söyləyiblər: "Noyabrın 24-də Porto Qalib limanından ayrılan və noyabrın 29-da Hurghada Marinaya qayıtması planlaşdırılan “Sea Story” adlı gəmidə 14 nəfərlik heyətlə birgə 31 turist olub. Təəssüf ki, ümumilikdə 45 nəfərlik heyətdən 17-i barədə məlumat ala bilmədik. 25 nəfər isə salamat xilas olunub. hazırda ərazidə axtarış işləri davam edir".
Lamiyə Əhmədli
MİA.AZ