AZ

bp AGT rəhbərliyində yeni təyinatlar (FOTO)

Bakı. Trend:

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə biznesrəhbərliyinə iki yeni təyinat olub.

Trend xəbər verir ki, bubarədə şirkət məlumat yayıb.

Bildirilib ki, Çingiz Hacıyev 2025-ci ilin yanvar ayından bp-ninXəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsinətəyin edilir.

Yeni vəzifəsində Ç.Hacıyev bp-nin qlobal neft və qaz biznesinininkişafı üzrə rəhbər heyətinin üzvü olacaq və neft və qazbiznesinin inkişafı bölümünün rəhbəri, vitse-prezident ƏndiMakOslanın rəhbərliyi altında çalışacaq. O, Bakı ofisində fəaliyyətgöstərərək əsas diqqətini bp-nin AGT regionundakı biznes işlərinəyönəldəcək və AGT rəhbərliyində biznesin inkişafı üzrə bp-ninqlobal komandasını təmsil edəcək.

Hazırda Ç.Hacıyev Rumeyla Əməliyyat Təşkilatının baş maliyyədirektoru vəzifəsində bp-nin İraqdakı Birgə MüəssisəKorporasiyasında (BECL) çalışır.

O, bp-də fəaliyyətinə 1998-ci ildə başlayıb vəAzəri-Çıraq-Günəşli üzrə biznesin inkişafı meneceri, AGT-də yeniimkanlar üzrə biznesin inkişafı meneceri və Şahdəniz sahəsininplanlaşdırma və kommersiya meneceri vəzifələri də daxil olmaqla,bir sıra kommersiya və maliyyə vəzifələrində çalışıb.

Onun Vorvik Universitetindən magistr və Azərbaycan Dövlətİqtisad Universitetindən bakalavr dərəcələri var.

Ailəlidir, iki övladı var.

Stüart Şou 2 dekabr 2024-cü il tarixindən AGT regionunda hasilatüzrə vitse-prezident vəzifəsinə təyin edilir. Bu vəzifədə O, bp-ninLondon ofisinə qlobal apstrim hasilatı üzrə baş vitse-prezidentvəzifəsinə təyin olunmuş Elxan Məmmədovu əvəz edəcək.

Yeni vəzifəsində S.Şou AGT regionunun biznes rəhbərliyinin üzvüolacaq.

Hazırda o, bp Qrupunun hasilat, inteqrasiya və transformasiyaüzrə vitse-prezidentidir. Onun əsas vəzifə öhdəliklərinə hasilatstrategiyasının layihələndirilməsi və icrası, mərkəzi hasilatıidarəetmə bölümünə rəhbərlik və bp-nin qlobal biznesləri üzrəhasilatın optimallaşdırılması və yüksək standartların təminedilməsi daxildir.

O, bp-də fəaliyyətinə 1998-ci ildə başlayıb və o vaxtdan bəriŞimal dənizi, Alyaska və Misirdə əməliyyatlar və yataqlar üzrəhasilatın idarə olunması ilə bağlı müxtəlif vəzifələrdə çalışıb.Əməliyyatlar bölməsində dəniz qurğusu meneceri və əməliyyatlar üzrəmenecer rəhbər vəzifələrdən əlavə, S.Şou strateji transformasiyaproqramlarına da rəhbərlik edib və Şimal dənizində və Misirdəbp-nin bir neçə iri layihələrinin təhlükəsiz və səmərəli şəkildəişə salınmasına nəzarət edib.

Hazırkı vəzifəsindən əvvəl o, bp-nin Şimalı Afrika biznesindəhasilat üzrə vitse-prezident vəzifəsində çalışıb.

Onun Mançester Universitetindən magistr dərəcəsi var.

Ailəlidir, iki övladı var.

Seçilən
14
14
az.trend.az

10Mənbələr