AZ

Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi vəzifəsini icra edən Anar Mütəllimov, NATO Baş katibinin əməliyyatlar üzrə müavinin köməkçisi Burcu San, xarici ölkələrdən əlaqədar sahələr üzrə akademik dairələrin üzvləri, təhlilçilər, həmçinin yerli dövlət qurumları və müvafiq təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.
Konfransda Azərbaycanın Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və gələcək perspektivləri, SNT proqramının nailiyyətləri, ölkənin NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına və Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi müzakirə olunub.
Eyni zamanda Azərbaycanın NATO ilə tərəfdaşlığından irəli gələn digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Seçilən
50
50
oxu.az

10Mənbələr