AZ

Almaniya Rusiya ilə gərginliyə görə sığınacaqların siyahısını hazırlayıb

Almaniya Rusiya ilə gərginliyə görə sığınacaqların siyahısını hazırlayıb

Uzun müddətdir artan gərginliyin kölgəsində Almaniya mümkün III Dünya Müharibəsi təhlükəsinə qarşı milli sığınacaq planı hazırlayır. Bu plan çərçivəsində vətəndaşlara ən yaxın sığınacağa qədər olan məsafəni göstərmək üçün mobil proqram da hazırlanacaq.Almaniya hökuməti artan beynəlxalq təhlükələr və dünyada davam edən müharibələr fonunda sığınacaqlar şəbəkəsi yaratmağı planlaşdırır.Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı hərbi hücum təhdidlərindən sonra Almaniyada milli sığınacaq hazırlamaq planı gündəmə gəlib.Almaniyada çıxan "Bild" qəzetində dərc olunan xəbərə görə, bu qərar müxalifət və Federal Mülki Müdafiə Agentliyinin (BBK) ola biləcək bir hücum və ya müharibə riskinə qarşı sığınacaqların hazırlanması ilə bağlı xəbərdarlıq etməsindən sonra verilib.Qəzetin məlumatına görə, vətəndaşlara ən yaxın sığınacağa qədər olan məsafəni göstərmək üçün mobil proqram hazırlanacaq.Hökumət həmçinin Almaniya vətəndaşlarını qarajlarında və zirzəmilərində sığınacaqlar yaratmağa təşviq etməyi hədəfləyir.Bəzi ictimai binaların sığınacaq halına salınmasının gündəmdə olduğunu da yazan "Bild", hazırda lazım gəldikdə hansı ictimai binaların sığınacaq halına salına biləcəyini araşdırdıqlarını açıqlayıb.Metro stansiyalarında da sığınacaqların yerləşdirilməsi nəzərdə tutulur.Mənbə: Guardian

Seçilən
12
1
afn.az

2Mənbələr