Yeni Zelandiyada qəribə hadisə yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəlli olmayan səbəblərdən 30-dan çox balina sahilə çıxıb.
Məlumata görə, sonradan dənizə geri dönməyə zorlanan balinaları xilas etmək üçün xilasetmə işləri başlayıb: "Yeni Zelandiyanın şimalındakı Ruakaka çimərliyində sahilə çıxan 30-dan çox balina yerli müvafiq qurumlar tərəfindən xilas edilib. Onlar yenidən suya geri qaytarlılıb. Təıəəssüf ki, üç böyük və bir balaca balına isə ölüb. Onları xilas etmək mümkün olmayıb".
Lamiyə Əhmədli
MİA.AZ