Bakı. Trend:
Bu ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərininaraşdırılması zamanı 165,6 min manat sosial xarakterli ödənişlərinişçilərə ödənişinin gecikdirildiyini müəyyən edib.
Trend xəbərverir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, Xidmətin gördüyü tədbirlər nəticəsində aidiyyətiişəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib. Vəsaitin86 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət vəkompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Bundan başqa, cari ilin yanvar-oktyabr aylarında 53 işçi iləəmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub.Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlərlə həminişçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.